Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Balakən rayonunun Gərəkli kənd sakini R.Maqomedovun yaşadığı evə baxış zamanı oradan 4 kiloqrama yaxın marixuana götürülmüşdür

30.03.2021

Balakən RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gərəkli kənd sakini R.Maqomedov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 24 qramdan artıq marixuana aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə olaraq 4 kiloqrama yaxın marixuana götürülmüşdür.

30.03.2021 tarixinə olan kriminal məlumatlar