Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən S.Əsədullayev saxlanılmışdır
27.03.2021Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş S.Əsədullayev Astara rayonu ərazisində saxlanılmışdır. Onun Ərçivan kəndindəki evinə baxış zamanı oradan 428 qramdan artıq heroin və 5 qramdan artıq metamfetamin aşkar edilərək götürülmüşdür.