Şirvan şəhəri ərazisində “Mercedes” markalı avtomobillə piyada vurulmuşdur
15.03.2021Martın 15-də saat 21 radələrində Şirvan şəhəri ərazisində şəhər sakini V.Dəmirov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi M.Tağıyevi vurmuşdur. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Şirvan ŞPŞ tərəfindən araşdırma aparılır.