Quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Ağamirzəyev müəyyən edilərək saxlanılmışdır
07.03.2021Martın 7-də Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə Balaxanı qəsəbəsi ərazisində bir nəfərin qəsəbə sakini B.Məmmədlini bıçaqla hədələyərək 50 manat dəyərində mobil telefonunu alması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Ağamirzəyev müəyyən edilərək saxlanılmışdır.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.