DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

16.03.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Ucar rayon sakini Müşfiq Talıbovdan 12,461 qram heroin, Səbail RPİ əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Failağa Ağayevdən 0,044 qram heroin, Nizami RPİ 24-cü PB əməkdaşları Bakı şəhər sakini Şəkər Şəkərovdan 0,261 qram heroin götürmüşlər, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Ruhiyyə Nəzəridən 0,659 qram heroin və 1 ədəd şpris götürülmüşdür. Narkotik vasitəni ona satmış Xızı rayon sakini, əvvəllər məhkum olunmuş Kamil Bayramov tutulmuş, onun H.Z.Tağıyev qəsəbəsində yaşadığı evə baxış zamanı 0,694 qram heroin və 0,57 qram tiryək aşkar edilərək götürülmüşdür.