DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

15.03.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı BPİ Cinayət-Axtarış İdarəsi və Nizami RPİ 25-ci PB əməkdaşları Bakı şəhər sakinləri Əhliman Şahpələngovdan 0,241 qram heroin, əvvəllər məhkum olunmuş Fuad Əhədovdan 0,228 qram heroin, Binəqədi RPİ 6-cı PB əməkdaşları Biləcəri qəsəbə sakini Habil Həbibovdan 0,829 qram heroin, Səbail RPİ əməkdaşları Bakı şəhər sakini Məmməd Novruzovdan 1,062 qram heroin, Nərimanov RPİ əməkdaşları Bakı şəhər sakini Emin Musayevdən 0,355 qram heroin, Nəsimi RPİ 21-ci PB əməkdaşları Bakı şəhər sakinləri Vüqar Umarovdan 0,242 qram, Pərvin Aslanovdan 0,227 qram heroin, Xətai RPİ 34-cü PB əməkdaşları Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Möhübbət Əliyevdən 0,251 qram heroin, Göyçay RPŞ əməkdaşları Potu kənd sakini Adil Həsənovdan 2 qram heroin götürmüşlər.