Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonu, Sabunçu dairəsi yaxınlığında yol-qəza hadisəsi

04.09.2005

Saat 12.00 radələrində Sabunçu rayonu, Sabunçu dairəsi yaxınlığında, Kürdəxanı qəsəbə sakini Əlövsət Kərimovun idarə etdiyi "VAZ-21011" markalı və Sabunçu qəsəbə sakini Bayandur Əliyevin idarə etdiyi "QAZ 5201" markalı avtomaşınlar toqqşuşmuşlar. Nəticədə "VAZ-21011" markalı avtomaşının sərnişinləri, Ağdam rayon sakini Dayandur Şirinov və Mingəçevir şəhər sakini Bəsti Behbudova hadisə yerində ölmüş, Ə.Kərimov və Ağdam rayon sakinləri Həcər Tağıyeva, qızı, 2005-ci il təvəllüdlü Nuray xəstəxanaya yerləşdirilmişlər.