Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini F.Feyzullayevdən 405 qram marixuana aşkar edilərək götürülmüşdür
09.02.2021Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş F.Feyzullayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 405 qram marixuana aşkar edilərək götürülmüşdür.