"Azadlıq" qəzetinin müxbiri Aqil Xəlilova naməlum şəxs tərəfindən xəsarət yetirilmişdir
13.03.2008Saat 19.50 radələrində Yasamal rayonundakı Z.Xəlilov küçəsində, naməlum şəxs "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlilova kəsici alətlə daxilə keçməyən xəsarət yetirmişdir. Faktla bağlı cinayət işi başlanmış, əməliyyat-axtarış tədbirləri aparılır. İşin istintaqı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsi tərəfindən aparılır.