Ağcabədi rayon sakinləri Umudvar Hüseynov və Elxan Əsgərov tutulmuşlar
13.03.2008DİN Baş Cinayət-Axtarış İdarəsi və Ağcabədi RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şahmurad və Edilxan Əzizov qardaşlarına məxsus yeməkxananı və Şahmuradın atası Şahmarın evini avtomat silahdan atəşə tutmuş, E.Hüseynovu yaralamış, habelə polis əməkdaşlarına qarşı müqavimət göstərib hadisə yerindən qaçmış Umudvar Hüseynov və Elxan Əsgərov tutulmuşlar. U.Hüseynovun atası Cəmil 1 ədəd "AK-74" markalı silahı və 1 ədəd patron darağını könüllü olaraq polisə təhvil vermişdir.