Sabirabad şəhərində yol-nəqliyyat hadisəsi
20.01.2021Yanvarın 20-də saat 1 radələrində Sabirabad şəhərində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Y.Ataşov vurulmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Y.Ataşovun vəziyyəti qənaətbəxşdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2106” markalı avtomobilin sürücüsü, Suqovuşan kənd sakini H.Məmmədov müəyyən edilərək saxlanılmışdır.
Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.