Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini N.Əliyevdən 398 qramdan artıq heroin və 104 qramdan artıq metamfetamin aşkar edilərək götürülmüşdür
20.01.2021Suraxanı RPİ 32-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 398 qramdan artıq heroin və 104 qramdan artıq metamfetamin aşkar edilərək götürülmüşdür.