Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini B.Əliyevdən 500 qram heroin aşkar edilərək götürülmüşdür
17.01.2021Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş B.Əliyev Lənkəran şəhəri ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 500 qram heroin aşkar edilərək götürülmüşdür.