Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad şəhər sakinləri Q.Qənbərli, E.Şahmarlı və H.Nəsirov saxlanılmışlar
17.01.2021Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakinləri Q.Qənbərli, E.Şahmarlı və H.Nəsirov saxlanılmışlar.
Q.Qənbərlinin yaşadığı evə baxış zamanı oradan 1 kiloqram 365 qramdan artıq heroin, metamfetamin və marixuana aşkar edilərək götürülmüşdür.