Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ələt-Yevlax yolunun Kürdəmir rayonunun Şilyan kəndi ərazisində yol-qəza hadisəsi

03.09.2005

Saat 18.10 radələrində Ələt-Yevlax yolunun Kürdəmir rayonunun Şilyan kəndi ərazisində, rayon sakini Asif Xəlilovun idarə etdiyi "VAZ-2107" markalı və Bakə şəhər sakini Azər Əliyevin idarə etdiyi "VAZ-2105" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə A.Əliyevin sərnişini, qızı, 2003-cü il təvəllüdlü Zərifə hadisə yerində ölmüş, arvadı Elnarə, qaynı Məhəmməd və A.Xəlilovun sərnişini, Kürdəmir rayon sakini Arzu Mehdiyev xəsarətlə xəstəxanaya yerləşdirilmişlər.