Gün ərzində törədilmiş 14 cinayətin üstü “isti izlər”lə açılmışdır
06.12.2020Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 14 cinayətin üstü “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılmışdır.