Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Rüfət Bünyadzadəyə məxsus avtomaşını qaçırmış Samir Manafov tutulmuşdur

06.03.2008

Martın 6-na keçən gecə Bakı şəhər sakini Samir Manafov Yasamal rayonundakı F.İbrahimbəyov küçəsi ev 4-də yaşayan Rüfət Bünyadzadəyə məxsus "Mercedes" markalı avtomaşını evinin qarşısından qaçırmış və həmin küçədə dayanmış Bakı şəhər sakini Ağamehdi Əhmədova məxsus "Toyota" markalı avtomaşına vuraraq hadisə yerindən qaçmışdır. Bundan sonra S.Manafov Bakı şəhər sakini Rasim Axundova məxsus "Reno" markalı avtomaşını qaçırmış və onu bir müddət idarə etdikdən sonra Ə.Hüseynzadə küçəsində atmışdır. Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S.Manafov tutulmuşdur.