DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

05.03.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Bakı şəhər sakini Firdovsi Rəhimovdan 1,6 qram heroin, Qaradağ RPİ 10-cu PB əməkdaşları Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Maarif Hüseynovdan 0,287 qram heroin, Suraxanı RPİ 33-cü PB əməkdaşları Bakı şəhər sakini İlqar Bayramovdan 0,307 qram heroin, Yasamal RPİ 26-cı PB əməkdaşları Bakı şəhər sakini Elman Abbasovdan 0,315 qram heroin, Sabirabad RPŞ əməkdaşları rayon sakini, əvvəllər məhkum olunmuş Arif Əmişovun evinə baxış zamanı 10,6 qram heroin, 21,4 qram marixuana, 12 ədəd şpris, 2 ədəd tərəzi və çəki daşları götürmüşlər.