DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

İran İslam Respublikası vətəndaşı Heydəri Mocid Şirin oğlunun yaşadığı evə baxış zamanı 4 kiloqram 25,3 qram heroin aşkar edilərək götürülmüşdür

04.03.2008

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Yasər Məmmədov şübhəli şəxs kimi bölməyə gətirilmiş və üstünə baxış zamanı 10,045 qram heroin aşkar edilərək götürülmüşdür. Y.Məmmədova narkotik vasitəni vermiş, 2-ci Alatava yaşayış sahəsində kirayədə yaşayan İran İslam Respublikası vətəndaşı Heydəri Mocid Şirin oğlu tutulmuş və yaşadığı evə baxış zamanı 4 kiloqram 25,3 qram heroin aşkar edilərək götürülmüşdür.