DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

04.03.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Paşa Hüseynovdan 2,434 qram heroin, Əzizbəyov RPİ 3-cü PB əməkdaşları Pirallahı qəsəbə sakinləri Eldar Çumarindən 6 qram, Şükran Alyarovdan isə 0,58 qram həşiş, Binəqədi RPİ 5-ci PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Quliyevdən 11,52 qram tiryək, Nəsimi RPİ 21-ci PB əməkdaşları Bakı şəhər sakini Rəvan İbrahimovdan 0,362 qram heroin, Nizami RPİ 25-ci PB əməkdaşları Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Şəmsəddin Rüstəmovdan 0,329 qram heroin, Suraxanı RPİ əməkdaşları Bülbülə qəsəbə sakini Əhməd Rəhimovdan 0,328 qram heroin, Dəvəçi RPŞ əməkdaşları narkotik vasitə ilə tutulmuş M.Məmmədova məxsus «Ford» markalı avtomaşından əlavə 1,25 qram heroin, Masallı RPŞ əməkdaşları Boradigah qəsəbə sakini Azər Fərzəliyevdən 0,3 qram heroin, Hacıqabul RPŞ əməkdaşları rayon sakinləri Şirvan Kərimovdan 0,499 qram, Ariz Həsənovdan 0,105 qram və əvvəllər məhkum olunmuş İlqar Zahidovdan 1,049 qram heroin götürmüşlər, Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Aşağı Ləyər kənd sakini, əvvəllər məhkum olunmuş Elçin Nəsrullayev 57 qram marixuananı satarkən tutulmuşdur.