DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Mağazalardan oğurluq etmiş Xəyal Rəfiyev və Elşad Behbudov tutulmuşlar

02.03.2008

DİN Çevik Polis Alayı və Yasamal RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 2-də Yasamal rayonundakı Şərifzadə küçəsində, Bakı şəhər sakini Nüsrət Babayevə məxsus mağazanın dam örtüyünü sökmək yolu ilə oradan oğurluğa cəhd göstərmiş Xəyal Rəfiyev və Elşad Behbudov tutulmuşlar. X.Rəfiyev və E.Behbudovun ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların E.Vəliyevə məxsus mağazadan oğurluq etmələri, habelə Bakı şəhər sakinləri Mübariz Qədirova məxsus mağazadan 109 manat pul, Sabir Əlirzayevə məxsus və Həsrət Zülfüqarova məxsus mağazalardan isə oğurluğa cəhd göstərmələri müəyyən edilmişdir.