Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avtobuslarda telefon oğurluğu ilə məşğul olan Bakı şəhər sakinləri Rahim Dilənov və Mehman Quliyev tutulmuşlar

02.03.2008

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 2-də Bakı şəhər sakinləri Rahim Dilənov və Mehman Quliyev şübhəli şəxs kimi polisə gətirilmişlər. R.Dilənov və M.Quliyevin ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların cari ilin fevralın 17-si və 18-də, habelə martın 1-də müxtəlif nömrəli xətt avtobuslarında Suraxanı qəsəbə sakini Şamil Həsənova, Buzovna qəsəbə sakini Nurlan Eyvazova və Əmircan qəsəbə sakini Məhəmməd Əhmədova məxsus mobil telefonları oğurlamaları müəyyən edilmişdir.