DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

02.03.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nərimanov RPİ əməkdaşları Bakı şəhər sakini Elsevər Əhmədovdan 0,256 qram heroin, Lənkəran ŞRPŞ əməkdaşları şəhər sakini Hacıağa Süleymanovdan 0,280 qram heroin götürmüşlər, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Raman Markelovdan 1,079 qram heroin götürülmüş, narkotik vasitəni ona satmış Bakı şəhər sakini Xəyal Kərimov tutulmuşdur, Bakı BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Quliyev 0,513 qram heroini satarkən tutulmuş və ondan əlavə 0,212 qram heroin aşkar edilərək götürülmüşdür. V.Quliyevə narkotik vasitəni satmış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məmmədrahim Ağayev tutulmuş, ondan 1,123 qram heroin götürülmüşdür, Səbail RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Şamil Səlimov 0,008 qram heroini Bakı şəhər sakini Pərviz Səmədova satarkən tutulmuşlar, Ş.Səlimovdan əlavə 42,396 qram heroin aşkar edilərək götürülmüşdür. Ş.Səlimova narkotik vasitəni vermiş həmyerlisi Asiman Babayev tutulmuş, ondan 30,576 qram heroin götürülmüşdür, İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İ.İsmayılova narkotik vasitə satmış Saatlı rayon sakini Rəsul Umudov tutulmuş, ondan 1,5 qram heroin götürülmüşdür, Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Vəkilova narkotik vasitə satmış Salyan rayon sakini, əvvəllər məhkum olunmuş İlqar Əliyev tutulmuş, onun evinə baxış zamanı 1,256 qram heroin aşkar edilərək götürülmüşdür.