DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 45 cinayət faktı qeydə alınmışdır

01.03.2008

- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 45 cinayət faktı qeydə alınmışdır ki, onların da 32-i "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 2 nəfər ölmüş, 5 nəfər isə yaralanmışdır. - 3 yanğın hadisəsi qeydə alınmışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 10 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 39 nəfər tutulmuşdur.