DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

01.03.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Bakı şəhər sakini Yuri Yeroşenkodan 75 qram marixuana, Nərimanov RPİ əməkdaşları Bakı şəhər sakini Vüqar Paşayevdən və Şahin Çələbiyevdən 0,241 qram heroin, Sabunçu RPİ əməkdaşları Bilgəh qəsəbə sakini Etibar Qurbanovdan 0,29 qram, Maştağa qəsəbə sakini Mirvaleh Əzizovdan 0,315 qram, Nardaran qəsəbə sakini Həbib Qasımovdan 0,34 qram heroin, İmişli RPŞ əməkdaşları rayon sakini İlqar İsmayılovdan 2 qram heroin, Quba RPŞ əməkdaşları şəhər sakini Vüsal Salmanovdan 0,327 qram heroin götürmüşlər, Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Maştağa qəsəbə sakini Rahim Babayev 0,332 qram heroini satarkən tutulmuş, ondan əlavə 1,234 qram heroin götürülmüşdür. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Gəncə ŞPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Ruslan Novruzov 1 kiloqram 32 qram marixuananı satarkən tutulmuşdur.