DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Qaradağ rayonunun Qobustan qəsəbəsində yol-nəqliyyat hadisəsi

29.02.2008

Saat 17.00 ardələrində Qaradağ rayonunun Qobustan qəsəbəsində, qəsəbə sakini Elşən Qədirovun idarə etdiyi "Kamaz" markalı və Neftçala rayon sakini Kazım Ağayevin idarə etdiyi "Ford" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə K.Ağayevin sərnişinlərindən, Biləcəri qəsəbə sakini Hökumə Mirzəyeva hadisə yerində ölmüş, xəsarət almış həmyerlisi Yeganə Qəmbərovaya isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır. Qaradağ RPİ tərəfindən araşdırmalar aparılır.