Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Hüquq-mühafizə orqanları yabanı halda bitmiş çətənə kolları yığılaraq məhv edilmişdir

01.09.2005

Qazax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində 0,1 hektar sahədə yabanı halda bitmiş, çəkisi 2898 kiloqram olan 1054 ədəd çətənə kolu, Ağstafa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə Böyük-Kəsik kəndi ərazisində 35 sot sahədən yabanı halda bitmiş, çəkisi 13 ton 500 kiloqram olan 7500 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.