DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

29.02.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Anar Süleymanovdan 38 qram tiryək, DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Sumqayıt şəhər sakini Təvəkkül Rüstəmovdan 1 qram heroin, Bakı şəhər sakini Mahmud Ələkbərovdan 0,528 qram heroin, Sabunçu RPİ 14-cü PB əməkdaşları Maştağa qəsəbə sakini Rüfət Məmmədovdan 0,165 qram heroin, Nəsimi RPİ 19-cu PB əməkdaşları Bakı şəhər sakini Səttar Cəfərovdan 0,478 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları şəhər sakini Xanbala Bayramovdan 0,209 qram heroin, Xaçmaz RPŞ əməkdaşları şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Naseh Qafarovdan 5,797 qram heroin, Saleh Süleymanovdan 0,241 qram heroin, Əzizbəyov RPİ 3-cü PB əməkdaşları Bakı şəhər sakini Oqtay Ağayevin idarə etdiyi «Qazel» markalı avtomaşına nəzarət qaydasında baxış keçirmiş və oradan 460 qram marixuana götürmüşlər, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ərçivan kənd sakini Həsənağa Becanov 2,02 qram həşişi satarkən tutulmuşdur.