DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

28.02.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Bakı şəhər sakini Mərdan Əliyevdən 2,532 qram heroin, DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Rəhman Cəfərovdan 13,15 qram marixuana, Əzizbəyov RPİ 3-cü PB əməkdaşları Qobustan qəsəbə sakini Qabil Həbibovdan 8,69 qram marixuana, Sabunçu RPİ 13-cü PB əməkdaşları Bakıxanov qəsəbə sakini, əvvəllər məhkum olunmuş Yuri Yaiçnikovdan 0,253 qram heroin, Nizami RPİ 23-cü PB əməkdaşları Bakı şəhər sakini Hafiz Şirinovdan 0,233 qram heroin, Salyan RPŞ əməkdaşları rayon sakini Rauf Ələsgərovdan 470 qram marixuana və 0,335 qram heroin, Yardımlı RPŞ əməkdaşları Yardımlı qəsəbə sakini Niyaməddin Sultanovdan 1,17 qram heroin, Balakən RPŞ əməkdaşları Gürcüstan vətəndaşı Vasil Sasitaşvilidən 2 qram heroin götürmüşlər.