Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 26 cinayət faktı qeydə alınmışdır

01.09.2005

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 26 cinayət faktı qeydə alınmışdır ki, onların da 19-u "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 3 nəfər ölmüş, 2 nəfər isə yaralanmışdır. Gün ərzində 3 yanğın hadisəsi qeydə alınmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 27 nəfər tutulmuşdur.