Biləsuvar rayonu Səmədabad kəndində, kənd sakini Füzuli Şirinova məxsus evdə yanğın baş vermişdir
31.08.2005Saat 00.30 radələrində Biləsuvar rayonu Səmədabad kəndində, kənd sakini Füzuli Şirinova məxsus 1 mərtəbəli 4 otaqlı evdə yanğın baş vermişdir. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmışdır. Yanğın söndürüldükdən sonra ev sahibinin uşaqları, 1999-cu il təvəllüdlü Mahir və 2000-ci il təvəllüdlü Tahirin yanmış meyitləri tapılmışdır.