Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nəsimi rayonundakı Azadlıq prospektində yol-nəqliyyat hadisəsi

20.02.2008

Saat 19.20 radələrində Nəsimi rayonundakı Azadlıq prospektində Sumqayıt şəhər sakini Nurəli Dadaşov 88 saylı xəttlə işləyən "İveko" markalı avtomaşını idarə edərkən onu ağaca vurmuşdur. Nəticədə sərnişinlərindən, Bakı şəhər sakini Rafiq Əliyev hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinləri, Bakı şəhər sakinləri Fərid Əbilov, Dilşən Abdullayeva, Əli Vəliyev və Sənan Əliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar. Nəsimi RPİ tərəfindən araşdırmalar aparılır.