Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gəncə şəhər N.Nərimanov prospektində yol-nəqliyyat hadisəsi

20.02.2008

Fevralın 19-da Nizami (Gəncə) rayonundakı N.Nərimanov prospektində müəyyən edilməmiş avtomaşınla Gəncə şəhər sakini Əlixan Əliyev vurulmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Ə.Əliyev fevralın 20-də orada ölmüşdür. Nizami RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş "VAZ-21150" markalı avtomaşının sürücüsü, Daşkəsən rayon sakini Saleh Verdiyev tutulmuşdur. Nizami RPŞ tərəfindən araşdırmalar aparılır.