Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Tapdıq Əhmədova məxsus ərzaq mağazasından 100 manat pul və 6 ədəd danışıq kartlarını oğurlamış İbrahim Kazımov və Samir Hüseynov tutulmuşlar

20.02.2008

DİN Çevik Polis Alayı və Nizami RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də Q.Qarayev prospektində Tapdıq Əhmədova məxsus ərzaq mağazasından 100 manat pul və 6 ədəd danışıq kartlarını oğurlamış Bakı şəhər sakini İbrahim Kazımov və Samir Hüseynov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların N.Səmədova məxsus mağazadan oğurluq etmələri müəyyən edilmişdir.