Anar Nurullayevə məxsus avtomobillərin satışı mağazasından 1 ədəd kompüter, 1 ədəd DVD və 1 ədəd qəbuledici antenna oğurlanmışdır
20.02.2008Fevralın 16-na keçən gecə Abşeron rayonunun Sulutəpə qəsəbə sakini Anar Nurullayevə məxsus avtomobillərin satışı mağazasından 1 ədəd kompüter, 1 ədəd DVD və 1 ədəd qəbuledici antenna oğurlanmışdır. Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakini Vaqif Fətəliyev tutulmuşdur.