DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
20.02.2008Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Müşfiq Əliyevdən 42,54 qram tiryək, Elşad Qasımovdan 0,229 qram heroin, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi və Yasamal RPİ əməkdaşları Bakı şəhər sakini Hikmət Hüseynovun evinə baxış zamanı 22,142 qram heroin, Əzizbəyov RPİ 2-ci PB əməkdaşları Buzovna qəsəbə sakini Elnur Yunisovdan 0,212 qram heroin, Nəsimi RPİ 21-ci PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun İsmayılovdan 2 qram tiryək, Nizami (Gəncə) RPŞ əməkdaşları Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Zakir Əliyevdən 8,09 qram marixuana, Kəpəz RPŞ əməkdaşları Gəncə şəhər sakini Oqtay Məmmədovdan 22,1 qram marixuana, Zaqatala RPŞ əməkdaşları Car kənd sakini Sergey Yaralovdan 329,56 qram marixuana, Quba RPŞ əməkdaşları rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Mirzəyevdən 0,219 qram heroin götürmüşlər, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları RF vətəndaşı Ceyhun Əliyevdən 0,506 qram heroin götürmüşlər, narkotik vasitəni ona satmış Ramana qəsəbə sakini Əbil Həsənov tutulmuşdur, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Hövsan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Fazil Teymurov 0,368 qram heroini satarkən tutulmuşdur. F.Teymurovun üstünə baxış zamanı əlavə 0,364 qram, evindən isə 0,356 qram heroin aşkar edilərək götürülmüşdür. Ona narkotik vasitəni satmış Bakı şəhər sakini Çingiz Babayev və Hövsan qəsəbə sakini Vaqif Hüseynov tutulmuşlar. Ç.Babayevdən 0,369 qram, V.Hüseynovdan isə 0,360 qram heroin götürülmüşdür.