DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən silah-sursat və vasitələri götürülmüşdür

18.02.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Məlikovdan 1,564 qram heroin, DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Malik Rəhimovdan 455 qram marixuana, Saatlı RPŞ əməkdaşları Əli Bayramlı şəhər sakini Səfər Fərəcovdan 0,056 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları şəhər sakini Rəfayel Qafarovdan 0,027 qram heroin, Cəlilabad RPŞ əməkdaşları Rusiya Federasiyası vətəndaşı Elçin Həsənovdan 2 qram heroin götürmüşlər.