DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 20 cinayət faktı qeydə alınmışdır

17.02.2008

- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 20 cinayət faktı qeydə alınmışdır ki, onların da 13-ü "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 1 nəfər ölmüşdür. - 3 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər ölmüşdür. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 20 nəfər tutulmuşdur.