DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Şahin Abbasova məxsus bağ evində yanğın baş vermişdir

17.02.2008

Saat 15.20 radələrində Bakının Nardaran qəsəbəsində Bakı şəhər sakini Şahin Abbasova məxsus bağ evində yanğın baş vermişdir. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmışdır. Yanğın söndürüldükdən sonra oranın gözətçisi, Bakı şəhər sakini İsmayıl Əliyevin yanmış meyiti tapılmışdır.