DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

17.02.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hikmət Hüseynovdan 2,210 qram heroin, DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Naxçıvan şəhər sakini Ceyhun Əsgərovdan 37 qram tiryək, Bakı şəhər sakini Rasim Abbasovdan isə 14,65 qram tiryək, Əzizbəyov RPİ 1-ci PB əməkdaşları Şüvəlan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Gülbala Hüseynovdan 3,6 qram heroin, Sabunçu RPİ əməkdaşları Nardaran qəsəbə sakini Həmid Məmmədovdan 0,460 qram heroin, Səbail RPİ əməkdaşları Bakı şəhər sakinləri İntiqam Rəhimovdan 1,755 qram, Aslan Cəfərovdan 1,572 qram və əvvəllər məhkum olunmuş Vüqar Əliyevdən 1,684 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Əliağa Əliverdiyevdən 0,322 qram heroin, Qəbələ RPŞ əməkdaşları Dızaxlı kənd sakini Rafiq Əhmədovdan 418,3 qram marixuana götürmüşlər.