DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etmiş Şərur rayon sakini Rahibə Paşayeva və Namiq Bəkirov tutulmuşlar

16.02.2008

Fevralın 12-də Bakı şəhər sakini Xuraman Əzizovanın evindən mobil telefonu oğurlanmışdır. Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətmiş Şərur rayon sakini Rahibə Paşayeva tutulmuşdur. Fevralın 16-da 191 saylı xətt avtobusunda Cəlilabad rayon sakini Mahir Tanrıverdiyevin cibindən 35 manatını oğurlayarkən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Namiq Bəkirov Nəsimi RPİ 20-ci PB əməkdaşları tərəfindən tutulmuşdur.