DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

16.02.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Salyan rayon sakini Ələkbər Əsgərovdan 373,5 qram marixuana, Bakı şəhər sakini Nəbi Məstanovdan isə 0,221 qram heroin, Xətai RPİ 35-ci PB əməkdaşları Əmircan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Yaşar Məhərrəmovdan 0,224 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları şəhər sakinləri Teymur Qasımovdan 0,061 qram heroin, Hüseyn Əliyevdən isə 279,35 qram marixuana, Salyan RPŞ əməkdaşları Əli Bayramlı şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Qurbanovdan 2,06 qram həşiş, Salyan rayon sakini Hüseyn Hüseynovdan isə 0,244 qram heroin, Balakən RPŞ əməkdaşları Şəki şəhər sakini Ruslan Məmmədovdan 14 qram marixuana götürmüşlər. Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 15-də Hacıqabul rayon sakini Vaqif Maşıyev 1,414 qram heroini satarkən tutulmuşdur. V.Maşıyevin narkotik vasitəni Qazıməmməd rayon sakini, əvvəllər məhkum olunmuş Zabit Abbasovdan alması müəyyən edilmişdir. Z.Abbasovun evinə baxış zamanı 1,93 qram heroin aşkar edilərək götürülmüşdür.