DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Neftçala rayon sakini Q.Süleymanova məxsus 1 baş inəyi oğurlamış Talıb Məcidovun evinə baxış zamanı odlu silah və ləvazimatları aşkar edilərək götürülmüşdür

12.02.2008

Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Q.Süleymanova məxsus 1 baş inəyi oğurlamış Qaraqaşlı kənd sakini Talıb Məcidov tutulmuşdur. Onun evinə baxış zamanı 1 ədəd nömrəsiz, lüləsi və qundağı kəsilmiş ov tüfəngi, 26 ədəd müxtəlif çaplı patron, 1 ədəd tibbi tərəzi, 1 ədəd patron darağı və 170 qram tiryək aşkar edilərək götürülmüşdür.