DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

12.02.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Nizami RPİ əməkdaşları Nəsimi Vəzirovdan 0,279 qram heroin, Xətai RPİ 37-ci PB əməkdaşları Bakı şəhər sakini Ceyhun Əliyevdən 0,285 qram heroin, Biləsuvar RPŞ əməkdaşları Xırmandalı kənd sakini Rafiq Məmmədovdan 1,156 qram heroin, Lənkəran ŞRPŞ əməkdaşları Göyşaban kənd sakini Laçın İbrahimovdan 63,37 qram marixuana, Sumqayıt ŞPİ əməkdaşları Gürcüstan vətəndaşı Mehralı Allahverdiyevdən 0,059 qram heroin götürmüşlər. Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini İlqar Qəhrəmanov 0,924 qram heroini satarkən tutulmuş, onun evinə baxış zamanı əlavə 0,898 qram heroin aşkar edilərək götürülmüşdür. Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində X.Qəmbərovaya narkotik vasitə vermiş Biləsuvar rayon sakini İlqar Həsənov tutulmuş, ondan 23 qram heroin götürülmüşdür.