Qaradağ rayonu ərazisində, Bakı-Astara yolunun 47-ci km-də, Səngəcal qəsəbəsində yol-qəza hadisəsi
28.08.2005Saat 23.00 radələrində, Qaradağ rayonu ərazisində, Bakı-Astara yolunun 47-ci km-də, Səngəcal qəsəbəsində, Lənkəran şəhər sakini Əli Əkbərov "KamAZ" markalı avtomaşını idarə edərkən, Bakı şəhər sakini Həsən Mustafayevin idarə etdiyi "QAZel" markalı avtomaşını arxadan vurmuşdur. Nəticədə, "QAZel" markalı avtomaşındakı sərnişinlərdən 12 nəfəri həlak olmuş, 8 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilmişlər.