DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Yasamal rayonundakı M.Muxtarov küçəsi ev 88-də yaşayan Fatimə Abışovanın evindən qonşusu Rahim Məmmədovun evinə keçən yanğın baş vermişdir

11.02.2008

Fevralın 11-də saat 14.00 radələrində Yasamal rayonundakı M.Muxtarov küçəsi ev 88-də yaşayan Fatimə Abışovanın evindən qonşusu Rahim Məmmədovun evinə keçən yanğın baş vermişdir. Nəticədə F.Abışovanın evində 25 kvm, R.Məmmədovun evində isə 30 kvm. sahədə yanar konstruksiyalar yanmışdır. Yanıq xəsarəti almış F.Abışovaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir. Araşdırmalar aparılır.