Seymur Abdullayevə və Ruhiyyə Əsədovaya qarşı quldurluq etmiş şəxlərdən birinin anasının evindən "Beretta" markalı tapança və 8 ədəd patron aşkar edilərək götürülmüşdür
11.02.2008DİN Baş Cinayət-Axtarış İdarəsi və Şəmkir RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Seymur Abdullayevə və Ruhiyyə Əsədovaya qarşı quldurluq etmiş Şəmkir rayon sakinləri Sərvan Məmmədov, Eldəniz Ələkbərov və Şahin Qurbanov tutulmuşlar. Ş.Qurbanovun anası Sonanın evinə baxış zamanı 1 ədəd nömrəsiz "Beretta" markalı tapança və 8 ədəd patron aşkar edilərək götürülmüşdür.