DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

11.02.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Binəqədi RPİ 5-ci PB əməkdaşları Bakı şəhər sakini Mirəhməd Cəfərovdan 0,331 qram heroin, Şəmkir RPŞ əməkdaşları Yevlax rayon sakini Arif Abışovdan 35,83 qram marixuana, Mingəçevir ŞPŞ əməkdaşları şəhər sakini Akif Ələkbərovdan 0,3 qram heroin, Beyləqan RPŞ əməkdaşları rayon sakini Salman Məmmədovdan 2,13 qram heroin, Zaqatala RPŞ əməkdaşları Şəki rayon sakini Mehman İsrafilovdan 400 qram marixuana götürmüşlər. Qazax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Gürcüstan vətəndaşları Tamas Musiaşvili və Arçili Bablidze saxlanılmışlar. Onların üstünə baxış zamanı T.Musiaşvilidən 0,234 qram, A.Bablidzedən 0,22 qram heroin götürülmüşdür.