DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Biləcəri qəsəbəsində Texniki Təmir Mərkəzindəki dispetçer otağında təbii qazın sızmasından partlayış baş vermişdir

10.02.2008

Fevralın 11-də saat 01.50 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsində "Kamaz" markalı avtomaşınların Texniki Təmir Mərkəzindəki dispetçer otağında təbii qazın sızmasından partlayış baş vermişdir. Nəticədə Zərdab rayon sakinləri Əli Qocayev, Qabil İbrahimov, Əlimərdan Qasımov və Saatlı rayon sakini Məhəmməd Teymurov xəsarətlə xəstəxanaya yerləşdirilmişlər. Ə.Qasımova və M.Teymurova ilkin tibbi yardım göstərildikdən sonra buraxılmış, digərlərinin vəziyyətləri isə ağırdır. Araşdırmalar aparılır.