DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

10.02.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Nəsimi RPİ əməkdaşları Şəki şəhər sakini Polad Əfəndiyevdən 0,349 qram heroin, Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Əhliman Qəhrəmanovdan 0,233 qram heroin, Binəqədi RPİ 6-cı PB əməkdaşları Biləcəri qəsəbə sakini Rəşad Qurbanovdan 206 qram heroin, Nərimanov RPİ əməkdaşları Bakı şəhər sakini Elsevər Hüseynovdan 1,97 qram həşiş, Nəsimi RPİ 19-cu PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldar Xudiyevdən 0,278 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları Bakı şəhər sakini Ruslan Ağayevdən 102,28 qram marixuana götürmüşlər. Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 10-da Quba rayon sakini Valeri Yolkinə qarşı zor tətbiq edərək ondan 35 manatını almış Gürcüstan vətəndaşları, əvvəllər məhkum olunmuş Edemi Kvirtiya və Besik Qiqiberiya tutulmuşlar. E.Kvirtiyadan 0,216 qram, B.Qiqiberiyadan isə 0,197 qram heroin götürmüşlər. İmişli rayon sakini Madər Nəsirovun idarə etdiyi «BMV» markalı avtomaşın DİN Baş Dövlət Yol Polisi İdarəsinin Cəlilabad rayonu ərazisindəki daimi postunda saxlanılmışdır. Avtomaşına baxış zamanı 53,519 qram heroin, M.Nəsirovun üstündən əlavə 3,007 qram heroin, sərnişini, Göytəpə şəhər sakini Taciəddin Kərimovdan isə 4,005 qram heroin götürülmüşdür.